BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub

20/10/2021

Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxana və Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli söz ustadı, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən olan Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında kitablar, əsərlərinin toplandığı və eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur. 80-ə yaxın kitabın nümayiş olunduğu sərgidə həmçinin Aşıq Ələsgər nəslinin nümayəndəsi, söz üstadının nəticəsi Xətai Ələsgərli tərəfindən Elmi Kitabxanaya hədiyyə edilən kitablar da sərgilənir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq BDU-da Tədbirlər Planı hazırlanıb və bu istiqamətdə Universitetdə davamlı olaraq Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən Aşıq Ələsgərin zəngin yaradıcılığı haqqında müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026