BDU-da “Açıq qapı” günləri davam edir

04/08/2026

“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günləri davam edir. Budəfəki “Açıq qapı” günlərində iştirak etmək üçün 400-dən çox abituriyent qeydiyyatdan keçib.

Abituriyentlərə BDU-nun təhsil imkanları, elmi potensialı, tələbə həyatı, beynəlxalq əməkdaşlıq istiqamətləri və universitetdə yaradılan inkişaf mühiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU yeni tədris ilində əmək bazarının müasir tələblərinə cavab verən ixtisaslar, yenilənmiş təhsil imkanları və innovativ yanaşmalarla tələbələri qəbul etməyə hazırdır.

Abituriyentlər BDU-da fəaliyyət göstərən muzeyləri, BDU-nun Elmi kitabxanasının elektron bölməsi, Tələbə İnkişaf Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı” və 2 saylı tədris binası ilə tanış olublar.

Sonda abituriyent və valideynlərin Universitetin infrastrukturu və tədris şəraiti ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, “Açıq qapı” günləri avqustun 6-dək davam edəcək.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026