BDU-da “Aşıq Vəli Miskinlinin yaradıcılığı” adlı tədbir keçirilib

04/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə görkəmli Azərbaycan aşığı, Gədəbəy aşıq mühitinin yetirməsi Miskin Vəlinin 130 illik yubileyinə həsr olunmuş “Aşıq Vəli Miskinlinin yaradıcılığı” adlı tədbir keçirilib.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov şairin xalq ruhundan qidalanan şeirləri haqqında məlumat verib, Aşıq Vəli Miskinli irsinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Aşıq Vəli Miskinlinin həyatı və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə saz-söz ustasının Azərbaycan aşıq ədəbiyyatının inkişafına verdiyi töhfələrdən, şeirlərinin poetik bənzərsizliyindən, əsərlərinin nəşri və tədqiqi sahəsində görülən işlərdən bəhs olunub. Natiq qeyd edib ki, Dədə Vəli Miskinli zamanında böyük söz ustaları, ədəbiyyat və incəsənət adamları Üzeyir Hacıbəyli, Səməd Vurğun, Osman Sarıvəlli, Cəfər Xəndan, o cümlədən araşdırıcılardan Ərtoğrul Cavid və Hümmət Əlizadənin diqqətini çəkib, onların rəyləri ilə şeirləri çap olunub.

Ailə üzvləri adından çıxış edən aşığın nəvəsi, BDU-nun “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov tanınmış söz ustasının ədəbi fəaliyyəti, şəxsi keyfiyyətləri və ömür yolu ilə bağlı maraqlı məqamları diqqətə çatdırıb. Qeyd edib ki, Vəli Miskinli hələ gənclik çağlarından şairliyi və ifaçılıq bacarığı ilə geniş ad-san qazanıb. O, təhsil almasa da, fitrətdən gələn savadına, yaddaşına, bədahətən söz qoşmasına görə seçilib. Şeirlərində həyat hikmətini, dünyanın dərkini və insanın kimliyini hər kəsin başa düşdüyü aydın dillə ifadə edib.

Tədbir tələbələrin çıxışları ilə davam edib.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025