BDU-da aqrar sektorda investisiya siyasəti və onun regional fərqləri araşdırılıb

14/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Nuranə Əliyeva tərəfindən “Sahibkarlığın aqrar sektorunda investisiya siyasəti və onun regional fərqləri” mövzüsunda elmi seminar keçirilib.

Fakültənin dekanı, dosent Şəkər Məmmədova elmi seminara təqdim olunan mövzunun əhəmiyyətindən danışıb, məruzəçinin elmi hazırlığının yüksək olduğunu qeyd edib.

Nuranə Əliyeva çıxışında aqrar sektorda sahibkarlığın inkişafı və qida təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatına investisiya qoyuluşunun həcminin artırılmasının əhəmiyyətindən danışıb. İnvestisiya siyasətində mövcud olan problemlər, regional fərqlər, çatışmazlıqlar və onların həlli istiqamətində təkliflər irəli sürüb.
Məruzəçi aqrar sektorda innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi, sığorta hadisələri reyestrinin hazırlanması, sığorta savadlılığının artırılmasının vacibliyini qeyd edib. Torpaq və sudan səmərəli istifadə üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyətini göstərib.

Məruzədə investisiyaların daha çox aqrokimyəvi laboratoriyalar, toxum və gübrə istehsalı istiqamətlərinə yönəldilməsinin məhsul artımına səbəb olacağı qeyd olunub, xarici investorların cəlb olunması üçün investisiya xəritələrinin yaradılması, aqrar məhsulların beynəlxalq miqyasda təbliğinin önəmi vurğulanıb.

Sonda məruzəçi professorlar Yaqub Qəribov, Çingiz İsmayılov, dosentlər Şəkər Məmmədova, Saleh Nağıyev, Həbibə Soltanova, professor Məqsəd Qocamanov və başqalarının suallarını cavablandırıb.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026