BDU-da “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə Gənclər Simpoziumu keçirilib

19/05/2021

2021-ci il 18 may tarixində Bakı Dövlət Universitetində (BDU) “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə Heydər Əliyevin  anadan olmasının 98-ci ildönümünə həsr edilmiş Gənclər Simpoziumu keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış ediblər.

Simpoziumun məqsədi dövlətçiliyin daha geniş təbliğ olunması, gənclərin davamlı inkişafının təmin edilməsi, Ümummilli Liderin həyatı və fəaliyyəti haqqında gənclərin araşdırmalara sövq edilməsidir.

Sonda Münsiflər heyəti iştirakçılar arasında “Ən yaxşı natiq”, “Ən yaxşı məqalə” nominasiyaları üzrə qalibləri elan edib. Qaliblər və iştirakçılar təltif edilib.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026