BDU-da ASEAN Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ilə görüş

04/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ASEAN Parlamentlərarası Assambleyasının Baş katibi Siti Rozaimeriyanti təşkilatın fəaliyyəti haqqında məlumat verib. Baş katib təşkilatda elmi tədqiqatlar və ali təhsil sahəsində həyata keçirilən layihələr haqqında danışıb. Daha sonra tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini,  ASEAN ölkələrinin elm-təhsil mərkəzləri ilə BDU arasında tərəfdaşlığa dair imkanları müzakirə ediblər.

Görüşdən sonra Baş katib Siti Rozaimeriyanti tələbələrə “ASEAN-ın fəaliyyəti və onun regionda rolu” mövzusunda mühazirə oxuyub və onların suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026