BDU-da "Asılılıq psixologiyası" mövzusunda təlim

17/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TGT)  təşəbbüsü ilə "Asılılıq psixologiyası" mövzusunda təlim keçirilib.

Fakültənin dekan müavini Taleh Qəhrəmanov pis vərdişlərin, sosial şəbəkələr və  komputer oyunlarına aludəçiliyin  yaratdığı  asılılıq hissinin gənclərin şəxsiyyətinə, təhsilinə, ailə-məişət münasibətlərinə, sağlamlığına  vurduğu zərərlər, belə insanların cəmiyyətdən tədric olunmaması, patologiyanın əlamətlərinin aradan qaldırılması üçün görülən tədbirlər haqqında ətraflı məlumat verib, tələbələrə zərərli vərdişlər yarada biləcək hərəkətlərdən uzaq olmağı tövsiyə edib.

Kimya fakültəsinin SABAH qruplarının IV kurs tələbəsi Qalibə Səmədzadə bildirib ki, asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini zəiflədir, narkotik maddələr, alkoqol  insanın şüurunu dəyişdirir və eyforiya epizoduna səbəb olur. Müəyyən müddətdən sonra bu maddələrin istifadəsi insanın sevinc, diqqətsizlik və xoşbəxtlik hisslərini yaradan yeganə seçimə çevrilir, problemlərdən xilas olmaq üçün vasitə rolunu oynamağa başlayır. İnsan maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir, cəmiyyətdə müsbət imici, normal sosial həyatı olan bir adam tez bir zamanda asılılıq uçurumuna düşür.

IV kurs tələbəsi Daşqın Abdulla  bəzi gənclərin mənfi xarakterli  vərdişlərinin onların sosial və şəxsi həyatına təsiri haqqında məlumat verib.

Tədbirin sonunda narkotik vasitələr, psixotrop maddələr, narkomaniyanın törətdiyi faciələri əks etdirən maarifləndirici videocarx nümayış olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026