BDU-da Audiovizual Şuranın əməkdaşları ilə görüş keçirilib

24/11/2023

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib.

Çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bu görüşün əhəmiyyətini, audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr arasında böyük maraq doğuran mövzu olmasını, bu sahədə daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb.

Daha sonra Şura aparatının rəhbəri Fazil Novruzov Azərbaycan Respublikası Audiovizual Şurasının öz fəaliyyətində BDU tələbələri ilə sıx kommunikasiyaya böyük önəm verdiyini, jurnalistika ixtisası üzrə təhsil alan gənclərdə audiovizual media tənzimlənməsi üzrə məlumatlılığın artırılımasına səy göstərilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda, Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyinə də toxunub.

Sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış ediblər.

Təqdimatdan sonra audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026