BDU-da "Autizm sindromlu uşaqlara psixoloji yardımın təşkili "mövzusunda seminar keçirilib

03/10/2018

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində "Autizm sindromlu uşaqlara psixoloji yardımın təşkili" mövzusunda seminar keçirilib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələri ilə yanaşı Ukraynanın "Ditina z maybutnim" Fondunun rəhbəri, Autizm Avropa təşkilatının konsulu İnna Serqienko və eyni adlı mərkəzin rəhbəri Natalya Struçek iştirak edib.

Seminarda Bakı Dövlət Universitetinin professorları – Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, dekan müavini Qızılgül Abbasova və Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva çıxış edib. Çıxış edənlər qonaqları salamlayaraq universitetdə adıçəkilən mözvu ilə bağlı görülən işlərdən bəhs ediblər.

Sonra Fondun Azərbaycandakı tərəfdaşı - "Purple Kids" Mərkəzinin direktoru Nərgiz Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın autizm sindromlu uşaqlara dəstək olmasından danışıb, BDU kollektivinin bu istiqamətdə gördüyü işləri təqdir edib. Psixoloq-tələbələrin çoxsaylı suallarının cavablandırıldığı görüşdə Mərkəzlə BDU-nun perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 03 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026