BDU-da “Autizm xəstəlik deyil, fərqlilikdir!” mövzusunda dəyirmi masa keçirilib

05/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “2 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Autizm xəstəlik deyil, fərqlilikdir!” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin məqsədi cəmiyyətdə autizm spektr pozuntularından əziyyət çəkən insanlara qarşı həssas yanaşmanı təbliğ etməkdir.

Tədbirdə çıxış edən Biologiya fakültəsinin dekanı Afət Məmmədova autizm problemi daşıyan şəxslərin müəyyən sosial qruplara və cəmiyyətə inteqrasiyası məsələlərinə toxunub. Həmçinin autizm spektr pozuntusu ilə dünyaya gələn uşaqların sayında artım müşahidə olunduğu və bu problemin getdikcə daha da qloballaşacağı qeyd edilib.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Aynur Mustafayeva “Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər”, məktəb psixoloqu Aygül Mirzəliyeva “Autizm barədə maarifləndirmənin əsas aspektləri” mövzularında məruzələr ediblər.

Məruzələrdə autizm pozuntusu olan uşaqları və əlilliyi erkən aşkarlamaq, ilkin səhiyyə xidmətlərini yaxşılaşdırmaq, tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək, nəzəri və praktiki bacarıqlarını təkmilləşdirmək üçün təkliflər səslənib, cəmiyyətin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışılıb. Eyni zamanda, autizm spektr pozğunluğu anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verilib, erkən diaqnostikanın vacib rolu qeyd olunub.

Tədbirin sonunda sağlamlıq imkanları məhdud şəxslərə planlı yanaşmaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026