BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar

17/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşəbbüsü ilə “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva, Mərkəzin direktoru, “Child with a future” Fondunun təmsilçisi, sosial inteqrasiya üzrə mütəxəssis Villiam Albert Peters, ABŞ-ın Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, təhsil elmləri doktoru Stiven Shore iştirak ediblər.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki,  təhsildə sosial psixoloji yardım və korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələr üçün bu elmi seminarın böyük əhəmiyyəti olacaq. Çünki Stiven Shore və Villiam Albert Peters özləri də autizmdən əziyyət çəkirlər, bu sahədə onların böyük təcrübəsi var.

“House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva çıxışında qeyd edib ki, bugünkü görüş Sosial elmlər və psixologiya fakültəsi ilə səmərəli əməkdaşlığın əsasını qoymaqla yanaşı, tələbələrin autizmdən əziyyət çəkən insanlarla işləmək  bacarıqlarına yiyələnmələrində önəmli rol oynayacaq.

ABŞ-ın Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, təhsil elmləri doktoru Stiven Shore valideynlərinin böyük fədakarlığı və güclü dəstəyi ilə bu xəstəliyə qalib gəldiyini bildirib. O, öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verib və autizm xəstəliyinin öhdəsindən gəlmək üçün uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılması yollarından danışıb.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova isə diqqətə çatdırıb ki, autizmdən əziyyət çəkən mütəxəsislərin çıxışları nəticəsində tələbələr  autizmli uşaqlarla pedaqoji, yaradıcı işin incəliklərini, metod və texnologiyalarını, didaktik oyunların qaydalarını öyrənirlər.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026