BDU-da Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında treninqlər başlayıb
26/09/2011
Bu gündən etibarən Bakı Dövlət Universitetində Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında “Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP” layihəsi üzrə seminar və treninqlər öz işinə başlayıb.Sentyabrın 30-dək davam edəcək treninqlərin ilk seminarını Fiziki fakültəsinin dekanı, professor Rasim Məmmədov açaraq treninqlərin elmə olan töhfələrindən danışıb.NAPEP layihəsinin koordinatoru, BDU-nun Nanotexnologiya Mərkəzinin müdür müavini Mustafa Muradov qeyd etdiyimiz layihə üzrə ilk iclasın menecerlər səviyyəsində 2010-cu ilin dekabr ayında Macarıstanın Seqed şəhərində keçirildiyini bildirib. Deyib ki, Finlandiyada keçirilən ikinci görüş mikro və nanoelektronikada müasir metodlara həsr olunub. Bu günlərdə Bakıda keçirilən seminarların ilk beynəlxalq seminar olduğunu diqqətə çatdıran Mustafa Muradov treninqlərin sensor elementlər üçün materialların yaradılması üsulları və onların fiziki-kimyəvi xassələrinin tədqiqinə həsr olduğunu bildirib.Seminarda iştirak etmək məqsədilə Azərbaycanın bu layihə üzrə Avropalı ortaqları olan Finlandiyanın OULU Universitetinin Nanoelektronika Mərkəzinin rəhbəri Kristian Kordasın rəhbərlik etdiyi üç nəfərlik və Macarıstanın Seqed Universitetinin Ekoloji mühəndislik və tətbiqi kimya fakültəsinin professoru Akoş Kukoveçin rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti də Bakıya gəlmişdir.Qeyd etmək lazımdır ki, Avropa Birliyinin 2007-2013-cu illəri əhatə edən elmi-texnoloji inkişafa yönəlmiş 7-ci ÇP-nin büdcəsi 50,2 milyard avro təşkil etdiyi halda, Azərbaycan alimləri bu proqramın maliyyə dəstəyindən kifayət qədər edə bilmirlər.Bakı Dövlət Universiteti Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında “Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP” layihəsi ilə iştirak edərək bütün Zaqafqaziya üzrə ilk qrantı qazanmış və bu yöndə böyük uğur əldə etmişdir.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2011-ci il.
Xəbərlər
17 Noyabr - Milli Dirçəliş Günüdür
17 Noyabr - Milli Dirçəliş Günüdür
Bu gün Beynəlxalq Tələbələr Günüdür
Bu gün Beynəlxalq Tələbələr Günüdür
BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”