BDU-da Avropa Şurası Bakı ofisinin nümayəndə heyəti ilə görüş

14/11/2017

Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və "Media azadlığı" layihəsinin rəhbəri Pərvanə Bayramova Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzv olduğu assosiasiya və birliklərdəki fəaliyyətindən danışıb.Qəbula görə təşəkkür edən Zoltan Hernyeş Avropa Şurası Bakı Ofisinin layihələri və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.Görüşdə birgə konfrans, seminarların keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2017-ci il.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026