BDU-da “Avropada miqrasiyaların nizamlanması və həyata keçirilən tədbirlər” mövzusunda elmi seminar

18/03/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Avropada miqrasiyaların nizamlanması və həyata keçirilən tədbirlər” mövzusunda onlayn elmi seminar keçirilib. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dissertantı İlqar Məmmədov mövzu ilə bağlı məruzə edib. Məruzədə Avropa və MDB məkanına daxil olan ölkələr arasındakı miqrasiya əlaqələri, onların hər iki regionda yaratdığı problemlərin təhlili aparılıb. Son dövrlərdə Avropaya miqrasiya axınları və onun yaratdığı problemlərin aradan qaldırılması yollarının müəyyən edilməsi, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsində olan fərqlərin artması və onların miqrasiya proseslərinə təsiri haqqında məlumat verilib. Avropanın ayrı-ayrı ölkələrində miqrasiyaların nizamlanmasının əsas istiqamətləri, dövlətlərin qəbul etdiyi qanunvericilik bazasının miqrasiyaların idarə edilməsində əhəmiyyəti haqqında məlumat verilib.
Mövzu ətrafında kafedranın əməkdaşları Həbibə Soltanova, Saleh Nağıyev, Elxan Nuriyev, Sahilə Allahverdiyeva, Gülşən Sultanova və başqaları çıxış ediblər.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026