BDU-da avropalı ekspertlərlə TVINNINQ layihəsi çərçivəsində görüş keçirilib

05/07/2018

Bakı Dövlət Universitetində (BDU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni TVINNINQ layihəsi çərçivəsində avropalı ekspertlərlə növbəti görüş keçirilib. Layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir.

Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova və Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin müdiri, dosent Adil Xasayev ilə görüşdə layihənin Rezident Tvinninq Müşaviri, Fransanın Pedaqoji Tədqiqatlar Mərkəzinin əməkdaşı Liza Bydanova və Litvanın Tədqiqatlar və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin əməkdaşı Gintautas Jakştas iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd universitet, eləcə də ölkə üçün əhəmiyyətli hesab oluna biləcək üç prioritet sahənin müəyyən ediməsi və bu sahədə təhsil proqramlarının yenidən hazırlanmasıdır.

Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova avropalı ekspertlərin suallarını cabablandırıb.

Müzakirələr zamanı Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyası ilə daha da inkişaf etdirilməsi, BDU məzunlarının işlə təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı TVINNINQ  layihəsi 2018-ci ilin aprel ayında başlanıb və iki il davam edəcək.


Mətbuat və informasiya şöbəsi, 05 iyul 2018-ci il


Xəbərlər

Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-da elmi seminar keçirib

Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-da elmi seminar keçirib
18/11/2025

BDU-da I kurs tələbələri üçün “Adaptasiya proqramı”

BDU-da I kurs tələbələri üçün “Adaptasiya proqramı”
18/11/2025

BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir

BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir
18/11/2025