BDU-da Avstriyanın Sosial İnnovasiyalar Mərkəzinin əməkdaşları ilə görüş

23/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Avstriyanın Sosial İnnovasiyalar Mərkəzinin Tədqiqat siyasəti və inkişaf şöbəsinin əməkdaşları Martin Felix Gajdusek və İnna Petrenko ilə görüş keçirilib.
Görüşün məqsədi BDU-da tədqiqat və innovasiya sahəsində aparılan işlərlə tanışlıq, Universitet alimlərinin Avropa Birliyinin (AB) tədqiqat proqramlarında iştirak imkanlarının qiymətləndirilməsi olub. Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Mustafa Muradov, Günel Əliyeva və ICESCO-nun ixtisaslaşmış Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova iştirak ediblər. Mustafa Muradov Mükəmməllik Mərkəzində aparılan tədqiqatlar, innovativ layihələr haqqında geniş məlumat verib. Görüşdə Mərkəzin laboratoriyalarının AB ölkələri ilə əməkdaşlığı və gələcək perspektivləri geniş müzakirə olunub. Qonaqlar tərəfindən laboratoriya əməkdaşlarının Elm və Texnologiya üzrə Avropa Əməkdaşlığı (COST - European Cooperation in Science and Technology) layihələrində iştirakı yüksək qiymətləndirilib.
Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova yeni yaradılan kafedra haqqında və planlaşdırılan tədqiqat istiqamətləri barədə məlumat verib. Eyni zamanda 2022-ci ildə BDU-nun qalib olduğu Erasmus+Jean Monnet Module, hazırda üzərində işlənilən Erasmus+CBHE layihələri haqqında müzakirələr aparılıb. Müzakirələr zamanı Avropadan olan tərəfdaşlarla birgə layihələrin hazırlanması və yeni ixtisasların yaradılması məsələlərinə geniş yer verilib. Görüşdə həmçinin BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində qazandığı uğurlar diqqətə çatdırılıb.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026