BDU-da AzPOS şəbəkəsinin iş prinsipi təqdim edilib

28/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin təqdimatında AzPOS şəbəkəsinin iş prinsipinin təqdimatı keçirilib.  

Qeyd olunub ki, AZPOS - nöqtənin koordinata bağlılığını təmin etmək üçün ölkəmizin müxtəlif bölgələrində 45 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGIS-CORS) şəbəkəsidir. Xidmət RTK və DGNSS əməliyyatların çevikliyini, eyni zamanda sonradan emal (post-processing) xidmətini də təklif edir. FFGİS stansiyaları 7 gün/24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bu sistem ən son GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) texnoloji məhsulları ilə yaradılıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi və fiziki şəxslərə təqdim etdiyi AzPOS xidmətləri və istifadə qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki,  respublikamızda xəritələrin tərtibi, kadastr, yeraltı kommunikasiya, planaalma işləri, mühəndis geodeziya ölçmələri, bina və yolların inşaatı, yer qabığı hərəkətlərinin yüksək dəqiqliklə ölçülməsi, mobil sistem, naviqasiya, yönləndirmə, hidrometeorologiya və s. sahələrdə bu sistem tətbiq edilir.

Təqdimatın sonunda tələbə, magistrant və professor-müəllim heyətinin sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Həmçinin, tədbirin praktiki davamı olaraq BDU-nun həyətində müasir geodeziya alətinin (GPS) AzPOS şəbəkəsinə bağlantısı göstərilib.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025