BDU-da Azərbaycan çaylarının makrozoobentosunun növ müxtəlifliyinin müzakirəsi

13/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Azərbaycan çaylarının makrozoobentosunun növ tərkibi və yayılması” mövzusunda elmi seminar keçirilib. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Saleh Əliyev  eyni adlı məruzə ilə çıxış edib.  Məruzəçi çıxışında makrozoobentik orqanizmlərin su hövzələrinin bioloji məhsuldarlığının formalaşmasında iştirak etməsi, bioloji məhsul əmələ gətirməsi, eyni zamanda həmin orqanizmlərin təbii bioloji filt olaraq, suyun öz-özünə bioloji yolla təmizlənməsində fəal iştirakı haqqında danışıb.
S.Əliyev elmi seminarda makrobentik orqanizmlərin su hövzələrinin bioloji indikatoru olması ilə yanaşı, onların suyun üzvi maddələrlə çirklənmə dərəcəsinin göstəricisi olması, ekosistemdə qida zəncirinin bir həlqəsini təşkil etməsi, bir sıra növlərinin iqtisadi, təsərrüfat əhəmiyyəti daşımasından da bəhs edib. Məruzəçi çayların fərdiyyətindən asılı olaraq makrobentos növlərin tədqiq edilməsi üçün istifadə edilən müasir metodları təqdim edib.
Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026