BDU-da “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda elmi seminar

30/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda elmi seminar keçirilib. Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə “Nizami ili” çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib, seminarın mövzusunun əhəmiyyətindən danışıb.

Professor Sənan İbrahimov “Şərq ədəbiyyatında Nizami ənənələri”, dosent Lalə Əliyeva “Nizami Gəncəvi: sələflər və xələflər”, dosent Sevinc Qocayeva “Nizami ideyaları Orta əsrlər Azərbaycan ədəbiyyatında”, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Nizami Qərb araşdırmalarında”, Türkiyənin Səlcuq Universitetinin doktorantı Fəridə Cəfərova “Nizaminin “Yeddi gözəl” əsərində astroloji ünsürlər”, fakültənin III kurs tələbəsi Arif Vəliyev isə “Nizami yaradıcılığında musiqi” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə kafedranın magistrantları Aytən Şamilova və Gülay Tahirlinin ifasında N.Gəncəvinin qəzəlləri səsləndirilib.

Sonda Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov çıxış edərək Nizami irsinin öyrənilməsi və təbliğinin aktuallığından söz açıb, dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, beynəlxalq elmi konfransın keçiriləcəyini vurğulayıb, məruzəçilərə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026