BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılır

19/01/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılır.

Layihə çərçivəsində açıq dərslərin silsilə şəkildə təşkili, iştirakçıların Azərbaycan dilinin leksik, qrammatik və üslubi xüsusiyyətləri barədə nəzəri biliklərinin dərinləşdirilməsi, real ünsiyyət və müxtəlif praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilməsi nəzərdə tutulur. Proqram dil bacarıqlarının inkişafına xidmət etməklə yanaşı, ana dilinə marağın artırılmasına, dil mədəniyyətinin formalaşdırılmasına və Azərbaycan dilinin cəmiyyətin müxtəlif sahələrində düzgün və səmərəli istifadəsinin təşviqinə yönəlib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026