BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti görüşü

09/04/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov olub.

Görüş zamanı professor Məhərrəm Məmmədov tələbələrə Azərbaycan dilinin inkişaf mərhələləri, onun müasir dövrdə qorunması və zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Türk dünyasında ortaq dil və mədəni irsin qorunması məsələlərindən, I Türkoloji qurultayın bu istiqamətdə oynadığı mühüm roldan söz açıb. Qeyd edib ki, bu cür elmi platformalar Azərbaycan dilinin digər türk dilləri ilə əlaqələrinin araşdırılması, ortaq terminologiyanın formalaşdırılması və dilimizin beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dilin inkişaf mərhələlərinin yalnız tarixi ardıcıllıq kimi deyil, həm də dilçilik baxımından sistemli şəkildə öyrənilməsinin vacib olduğunu deyən Məhərrəm Məmmədov Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşunda baş verən dəyişikliklərin tarixi dilçilik kontekstində təhlil edilməli olduğunu deyib. Bildirib ki, qloballaşma şəraitində dilin qorunması məsələsi yalnız normativ yanaşma ilə deyil, həm də elmi əsaslandırılmış terminoloji siyasətin formalaşdırılması, yeni anlayışların dilə adaptasiyası və milli dil resurslarının zənginləşdirilməsi ilə həyata keçirilməlidir. Bu baxımdan ortaq türk terminologiyasının yaradılması istiqamətində aparılan tədqiqatlar türkologiya çərçivəsində mühüm elmi nəticələr ortaya qoyur və Azərbaycan dilinin beynəlxalq elmi diskursda mövqeyinin güclənməsinə xidmət edir.

Görüş sual-cavab sessiyası ilə davam edib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026