BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı dosent Xatirə Hüseynova olub

22/04/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova olub.

Xatirə Hüseynova iştirakçılarla dil mədəniyyətinin mühüm aspektləri ətrafında geniş fikir mübadiləsi apararaq, gündəlik ünsiyyətdə və rəsmi çıxışlarda Azərbaycan dilində düzgün, səlis və normativ qaydalara uyğun danışığın əhəmiyyətindən danışıb. Bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və mədəni irsin əsas göstəricilərindəndir.

Dilin incəliklərinə toxunaraq söz seçiminin düzgün aparılmasının, fikrin aydın, məntiqli və anlaşıqlı şəkildə ifadə olunmasının vacibliyini diqqətə çatdıran dosent jest və bədən dilinin nitqin təsir gücünü artırdığını, onu daha inandırıcı və effektiv etdiyini deyib. Bununla yanaşı, səslərin düzgün tələffüzü, səs tonunun idarə olunması və nəfəs texnikasının nitqin keyfiyyətinə birbaşa təsir göstərdiyi vurğulanıb. Xatirə Hüseynova praktik nümunələr əsasında iştirakçılara bu bacarıqların inkişaf etdirilməsi yollarını izah edib, tələbələrə gündəlik həyatda nitqin inkişafı üçün sadə praktik vərdişləri öyrədib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da "Tələbə həyatında dəri sağlamlığı" adlı infosessiya

BDU-da "Tələbə həyatında dəri sağlamlığı” adlı infosessiya
22/04/2026

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı dosent Xatirə Hüseynova olub

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti qonağı dosent Xatirə Hüseynova olub
22/04/2026

BDU-da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur

BDU-da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur
22/04/2026