Xarici dillərin tədrisi metodikası müzakirə edilib
09/02/2016
Bakı Dövlət Universitetində xarici dillərin tədrisi metodikası ilə bağlı seminar keçirilib. Seminarda yeni tədris və tədqiqat metodlarının tətbiqi, yeni sillabusların beynəlxalq təcrübəyə əsaslanaraq yaradılması, universitetin hazırlıq şöbəsinin nəzdində humanitar və texniki fənlərin öyrədilməsi prosesində xarici dillərin tədrisi metodikası müzakirə edilib.
Seminar Beynəlxalq departamentin dekanı Gülheyran Rəhimovanın rəhbərliyi altında universitetin qərb dillərini tədris edən müəllimləri Nilufər Mahmudova, Nigar Seyidova, Mənsurə Ağayeva, İlkanə İsmayılova, Mətanət Əliyeva, Fərəh Məmmədova tərəfindən keçirilib.
Seminarda Azərbaycan dilini tədris edən müəllimlər də iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi, 09 fevral 2016-cı il.
Xəbərlər
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
