BDU-da Azərbaycan Gənclər Fondunun infosessiyası

07/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Rəqəmsal” mövzulu layihələrə dair qrant müsabiqəsinin infosessiyası keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Səbinə Muxtarova belə müsabiqələrin gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına xidmət etdiyini deyib. Bildirib ki, qrant müsabiqələri dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini həyata keçirmələri üçün əlverişli və sağlam mühit formalaşdırır.

Daha sonra Fondun nümayəndəsi Ayxan Allahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Bəxtiyar Quluzadə “Rəqəmsal” mövzulu layihələrə dair qrant müsabiqəsi barədə məlumat veriblər. Qeyd ediblər ki, Fond tərəfindən ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verilib. Bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına həsr olunub. Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmun yaratmağa təşviq etməkdir.

Sonda tələbələrin qrant müsabiqənin təfərrüatları ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026