BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

02/02/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU)  2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Moderator, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev dəyirmi masanı giriş sözü ilə açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin ictimai həyatında gənclərin fəal rol oynadığını bildirib.

Tədbir iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmalarında Heydər Əliyevin xüsusi əməyinin olduğunu qeyd edərək bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib.

E.Babayev qeyd edib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Yarandığı gündən ölkəmizin bütün həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universiteti bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırır.

Rektor 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımıza parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman övladlarımızı da xüsusi xatırlayıb. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakının mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

Sonra gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, millət vəkilləri Sevinc Fətəliyeva və Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, BDU-nun Hüquq fakültəsinin məzunu, Vətən müharibəsinin könüllü iştirakçısı Qəfər Nəzərov, Kitabxanaçılıq-informasiya fakültəsinin I kurs tələbəsi Fidan Həsənova çıxış edərək tələbə-gəncləri təbrik ediblər.

Tədbirin sonunda BDU-nun elan etdiyi 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş  “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.


 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024