BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

02/02/2022

Bu gün Bakı Dövlət Universitetində (BDU)  2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Yarandığı gündən ölkəmizin bütün həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universiteti bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımıza parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman övladlarımızı da xüsusi xatırlayıb. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakının mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının gənc müəllimi Nuran Məmmədli, Hüquq fakültəsinin I kurs tələbəsi, şahmat üzrə Avropa çempionu Uğur İlyaslı çıxış edərək tələbə-gəncləri təbrik ediblər.

Çıxışçılar Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

Tədbirdə BDU-nun elan etdiyi 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş  “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. BDU-nun elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki,  BDU artıq 2 ildir ki, ənənəvi olaraq, 2 fevral-Gənclər günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir və müsabiqənin qalibləri Gənclər günündə elan olunur. Müsabiqənin nəticələrinə əsasən Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli humanitar və ictimai elmlər üzrə, Kimya fakültəsinin əməkdaşı Gülnar Süleymanova  isə təbiət və texnika elmləri üzrə isə I yerə layiq görülüb.

Daha sonra BDU-nun rektoru Elçin Babayev  Universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə BDU-nun yaradıcı tələbələrinə fəxri diplomlar təqdim ediblər.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələblərlə birgə hazırladığı konsert proqramı ilə davam edib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024