BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

03/02/2025

Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı ən yüksək nəticə göstərərək təbiət-dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib, diplom və pul mükafatı ilə təltif olunub.

BDU-nun yüksək elmi nəticələri ilə seçilən daha dörd əməkdaşına - Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmmədbağır Bağırov, Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının elmi işçisi Gülnar Atakişiyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini Daşqın Məhəmmədli, doktorantı Nigar Seyidliyə təşəkkürnamə və pul mükafatı verilib.

Qeyd edək ki, BDU artıq beş ildir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026