BDU-da Azərbaycan şəhərlərinin sosial-iqtisadi və demoqrafik inkişaf problemləri araşdırılır

08/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü  sessiyası (WUF13) ərəfəsində “Azərbaycan şəhərlərinin davamlı sosial-iqtisadi və demoqrafik inkişaf xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov qloballaşan dünyada şəhərlərin inkişafının davamlı idarə olunmasının əhəmiyyətindən bəhs edib. O, tələbələrin urbanizasiya mövzusunda biliklərinin artırılmasının vacibliyini vurğulayıb və WUF-13 çərçivəsində keçirilən tədbirlərin onların elmi dünyagörüşünün, şəhərsalma proseslərinə baxış bucağının daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Seminarda Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müəllimi, dosent Etibar Bədəlov məruzə ilə çıxış edib. O, şəhərlərin sosial-iqtisadi inkişafını müəyyən edən amillərin elmi-praktik əsaslarını izah edərək, ölkənin şəhər sistemi üzrə demoqrafik proseslər haqqında məlumat verib. Məruzədə urbanizasiya dinamikası, şəhər mühitinə düşən ekoloji yük, miqrasiya axınlarının şəhər infrastrukturuna təsiri faktlar və statistik göstəricilər əsasında təqdim olunub. Etibar Bədəlov vurğulayıb ki, davamlı inkişaf yalnız iqtisadi göstəricilərlə deyil, həm də sosial rifah, ekoloji tarazlıq və şəhər mühitinin adaptiv idarə edilməsi prinsipləri ilə təmin olunur.

Sonda mövzu ətrafında suallar cavablandırılıb və şəhərsalma proseslərinin gələcək perspektivləri müzakirə edilib.

 

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026