BDU-da “Azərbaycan lətifələri” mövzusunda ustad dərsi

01/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə “Azərbaycan lətifələri” adlı ustad dərsi keçirilib.

Tədbirdə kafedranın professor-müəllim heyəti, tələbə və doktorantlar iştirak ediblər.

Ustad dərsində kafedranın dosenti Etibar Talıblı və AMEA-nın Folklor İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, dosent Sönməz Abbaslı mövzu ilə bağlı məruzə ediblər.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova lətifələrin xalq yaradıcılığının mühüm qolu olduğunu bildirib. O qeyd edib ki, AMEA-nın Folklor İnstitutu ilə birgə təşkil olunan ustad dərsləri xalq yaradıcılığının, o cümlədən lətifələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Dosent Etibar Talıblı Azərbaycan epik folklorunda lətifə janrının xüsusi yerini vurğulayıb. Məruzəçi lətifələrin epik təfəkkürün yaradıcılıq məhsulu, eyni zamanda fəal nitq janrlarından biri olduğunu deyib. Bildirib ki, funksional-semantik xüsusiyyətlərindəki bu ikilik lətifələrin janr təbiətinə ciddi təsir göstərir. Bunlarla bərabər, cəmiyyət həyatının ən müxtəlif sahələrində baş verən hadisələrə operativ xalq münasibətini ifadə edə bilmək bacarığı lətifələrin çağdaş folklorun ən aktiv janrlarından biri olmasını təmin edir. Tədqiqatçı Molla Nəsrəddin, Bəhlul Danəndə lətifələri, habelə regional və s. lətifələrdən nümunələr söyləyib.

Dosent Sönməz Abbaslı XIX əsrin sonları və XX əsrin əvvəllərində folklor örnəklərinin toplanması, yazıya alınmasından bəhs edib. Son illərdə folklor örnəklərinin, onun tərkibində isə regional lətifələrin çoxcildliklər şəklində akademik nəşrləri geniş vüsət alıb. Tədqiqatçı regional lətifələrin nəşr tarixindən danışmaqla yanaşı, onların xüsusiyyətlərinə də toxunub.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026