BDU-da “Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili” adlı elmi seminar

30/01/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə olunması kafedrasının müəllimi Ulduz Manafova mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranma tarixi və inkişaf dövrləri barədə ətraflı məlumat verib. Milli Kitabxananın fəaliyyətinin hər zaman xalqımızın Ümummilli lideri Heydər Əliyevin xüsusi diqqətində olduğunu vurğulayıb. Bildirib ki, Ulu öndər Milli Kitabxananın kadr potensialının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, hərtərəfli inkişafı üçün müstəsna xidmətlər göstərib: “Ulu öndər dəfələrlə Milli Kitabxananı ziyarət edib, özünün şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib”.
Məruzədə Milli Kitabxananın fondu, strukturu, sənəd dövriyyəsi barədə informasiyalar faktlarla diqqətə çatdırılıb, sənəd-informasiya resursları müxtəlif parametrlər üzrə təhlil edilib. Müəssisədə kitabxana-informasiya xidmətlərinin elektronlaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, virtual xidmət üçün müvafiq infrastrukturun və proqram təminatının yaradılması istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub. Məruzədə həmçinin Milli Kitabxananın elektron məlumat bazaları, kitabxana tərəfindən təşkil olunmuş virtual sərgilər, müxtəlif metodik və biblioqrafik nəşrlərin, daycestlərin virtual məkanda təqdimatı kimi innovativ metodlar barədə də danışılıb.
Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026