BDU-da “Azərbaycan Respublikasının çoxtərəfli diplomatiyası” mövzusunda elmi seminar keçirilib

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasının çoxtərəfli diplomatyası” mövzusunda elmi seminar keçirilib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elmi işlər üzrə dekan müavini Kərəm Məmmədov Azərbaycanın müstəqil xarici siyasət kursu apardığına diqqət çəkib və bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbə, ölkəmizin dünya dövlətləri ilə uğurlu diplomatik münasibətləri bu mövqeni daha da möhkəmləndirir.  
Seminarda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın İlqar oğlu Rəfiyev “Azərbaycan Respublikasının  çoxtərəfli diplomatiyası” mövzusunda məruzə ilə çıxış edib. İlk olaraq Azərbaycanın 44 günlük müharibə zamanı qələbəsi, beynəlxalq təşkilatlar müstəvisində müharibəyə digər dövlətlərin mövqeyi və yaratdığı problemlər, həmçinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar qeyd edilib.  
Məruzədə Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanın çoxtərəfli diplomatiyasının da yüksək səviyyədə olması xüsusi vurğulanıb.  
Sonda məruzə ilə bağlı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026