BDU-da Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilən kitab sərgisi

25/06/2023

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilən kitab sərgisi təşkil edib. Sərgidə Azərbaycan Silahlı Qüvvələrinin tarixini və müasir dövrünü əks etdirən kitablar nümayiş olunur. Nümayiş olunan kitablar sırasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Ordumuzun rəşadəti, xalqımızın “Dəmir yumruq” ətrafında sıx birliyi nəticəsində şanlı qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən bəhs edən son illərin nəşrləri oxucular tərəfindən böyük marağa səbəb olub. Sərgidə düşmən tərəfindən torpaqlarımızın qəsb olunmasına qarşı mübarizədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər iki Qarabağ müharibəsində şəhid olan igid və cəsur oğul və qızlarımızın həyatı, keçdiyi döyüş yolundan bəhs edən nəşrlər də nümayiş olunmaqdadır.

Gənclərə hərbi işin sevdirilməsi, onlarda hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, orduya xidmətin müqəddəs bir iş, böyük bir borc olduğunu təbliğ edən sərgidə mövzu ilə bağlı Bakı Dövlət Universitetinin 2021-ci ildə işıq üzü görən “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən Müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı nəşrlər də yer alır.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026