BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfrans keçirilib

26/12/2018

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Azərbaycan Tarix Qurumu, Diasporla iş üzrə Dövlət Komitəsi və Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

Ənənəvi keçirilən konfransı giriş sözü ilə Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açaraq konfrans iştirakçılarını salamlayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib və konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan BDU-da belə mühüm hadisəyə həsr edilmiş konfransın təşkilinin əhəmiyyətindən bəhs edib, əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb, gənclərin Azərbaycanın haqq səsinin dünyanın hər yerinə çatdırılmasında yardımçı olacaqlarına inandığını bildirib.
Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri, dosent Aqil Əsədov Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətləri, gələcək layihələri barədə danışıb.
Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə Müsəlman Şərqinin ilk dünyəvi dövləti olan AXC-nin yaranmasının əhəmiyyətindən və onun dövlətçilik tariximzdə rolundan bəhs edib.
Plenar iclas elmi məruzələrin dinlənilməsi ilə davam edib. Professor Anar İsgəndərovun “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri”, dosent Firdovsiyyə Əhmədovanın “Sovet Rusiyasının Azərbaycana münasibətdə “müstəqillik” şüarından faydalanması” və dosent İlqar Niftəliyevin “1918-1919-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsində Böyük Britaniyanın siaysəti” adlı elmi məruzələri maraqla dinlənilib.
Konfrans işini 19 bölmədə davam etdirib, 105 məruzə dinlənilib, elmi müzakirələr təşkil edilib. Tələbələrin də yaxından iştirak etdikləri müzakirələrdə Azərbaycan tarixi məsələlərinə yeni yanaşmalar edilib.
onfransın bağlanış iclasında Rusiyadan konfransa qatılmış tarixçi Oleq Kuznetsov “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi tədqiqat laboratoriyasının tədqiqat istiqamətində mövzu ilə çıxış edib. O, “Kəngərlilər Rusiya imperiyasının tarixində” adlı məruzəsində tarixçi həmkarlarını mövzuya dair yeni arxiv sənədlərinin əsasında əldə etdiyi mühüm faktlarla tanış edib.

Panel sədrlərinin hesabatları dinlənildikdən sonra konfrans işini başa çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2018-ci il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024