BDU-da Azərbaycanda ensiklopediyaların nəşr tarixi araşdırılıb

14/05/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Azərbaycanda ensiklopediyaların nəşr tarixi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevda Quliyeva məruzə edib.

Məruzədə Azərbaycanda ensiklopediyaların nəşr tarixi, formalaşma və inkişaf dövrləri xronoloji inkişafda izlənilib. Bu sahədə aparılan tədqiqat işlərinə nəzər salınıb. Ölkənin müxtəlif nəşriyyatları tərəfindən çap edilən ensiklopediyalar elmi-nəzəri baxımdan təhlilə cəlb edilib, ensiklopediyaların tərtibatına, dil-üslub xüsusiyyətlərinə və eləcə də redaktəsinə verilən tələblər öyrənilib. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamının sahənin inkişafına mühüm töhfə olduğu vurğulanıb. Bir sıra ensiklopediyalar, o cümlədən Kitabi-Dədə Qorqud Ensiklopediyası, Qarabağ Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyəti Ensiklopediyası, Muğam Ensiklopediyası kimi mühüm nəşrlər təhlil edilib.

Araşdırmada ensiklopediyaların müasir inkişaf səviyyəsi, məzmun və forma xüsusiyyətlərinə verilən tələblər, ensiklopedik nəşrlərin elektron versiyalarının hazırlanması kimi məsələlər şərh olunub. Bu kimi nəşrlərdə toplanan informasiyaların beynəlxalq inteqrasiya, müxtəlif platformalarda əməkdaşlığın genişləndirilməsi, qlobal informasiya mühitinin təşəkkülü və inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026