BDU-da "Azərbaycanda nərələrin akvakulturasının prioritet istiqamətləri" mövzusunda elmi seminar

19/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində "Azərbaycanda nərələrin akvakulturasının prioritet istiqamətləri" mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri vəzifəsini icra edən Validə Məmmədova, kafedranın müəllimləri - Nəzakət Məmmədova, Sevinc Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov, Genetika kafedrasının dosenti Samirə Salayeva, Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri və magistrantlar iştirak ediblər.
Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Məmmədov məruzə ilə çıxış edib. Seminar mövzusu haqqında videoçarx nümayiş olunduqdan sonra məruzəçi nərələrin akvakulturası sahəsində Azərbaycanda həyata keçirilən elmi-tədqiqatlar, əldə olunan yeni nailiyyətlər, balıqartırma zavodlarında və təsərrüfatlarında tətbiq olunan səmərəli texnologiyalar haqqında məlumat verib. Nərələrdən öldürülmədən cinsiyyət məhsullarının alınması, balıqartırma təsərrüfatlarında nərələrin törədici sürülərinin formalaşdırılması, formalaşdırılmış törədici sürülərinin ultra-səs diqanostikası üsulu ilə cinsiyyətinin və cinsi yetkinlik mərhələsinin təyin edilməsi istehsalat prosesində baş verən itkilərin aradan qaldırılmasına imkan verən yeni texnologiyaların tətbiqindən bəhs edib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026