BDU-da “Azərbaycanda siyasi diskurs” mövzusunda elmi seminar

05/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə “Azərbaycanda siyasi diskurs” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Mövzu ilə bağlı məruzə edən Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev diskurs haqqında ətraflı məlumat verib, bu sahə üzrə dünyanın tanınmış alimlərinin tədqiqatları barədə xülasə təqdim edib.

Fikrət Şiriyev Azərbaycan dilçiliyində siyasi diskursun tarixinin 1501-ci ildən sonra Şah İsmayıl Xətainin verdiyi dövlət fərmanları ilə başladığını, XX əsrin əvvəllərində isə artıq yüksək səviyyəyə çatdığını nümunələrlə şərh edib. Müəllif Ulu öndər Heydər Əliyevin 1969-cu ildə BDU-nun 50 illik yubileyindəki çıxışından bir hissəni səsləndirərək, siyasi diskursun həmin dövrdən sonra yeni mərhələyə daxil olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər günü ilə əlaqədar keçirilən tədbirdəki unudulmaz çıxışını son dövrlərin mükəmməl siyasi diskurs nümunələrindən biri kimi səciyyələndirib.

Həmçinin məruzədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi günlərində xalqa müraciətlərinin diskursiv keyfiyyətlərindən danışılıb, onların linqvistik təhlili aparılıb.

Məruzədə mühüm faktları özündə əks etdirən 50-yə yaxın slayd nümayiş olunub.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026