BDU-da Azərbaycanlı Tələbə və Məzunlar Platformasının məlumat sessiyası keçirilib

14/04/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) məlumat sessiyası olub.

Sessiya BDU-nun Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Gənclər Təşkilatı və ASAP-ın  birgə təşkilatçılığı ilə keçirilib.

Sessiyanın keçirilməsində məqsəd BDU tələbələrini ASAP-ın missiya və məqsədləri ilə tanış etmək, eləcə də onların xarici ölkələrdə təhsilə marağını artırmaqdır. Tədbirdə xaricdə təhsil almaq arzusunda olan tələbələr iştirak ediblər.

Sessiyada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov dövlət gənclər siyasəti haqqında danışıb, xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün bu cür sessiyaların keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin gənclərə dəstək vermək üçün BDU tərəfindən atılan addımları diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın aparıcı universitetlərindən biri olan və geniş mübadilə proqramına malik BDU ASAP üçün ən mühüm tərəfdaşlardandır.

Daha sonra ASAP komandasının üzvləri interaktiv formada tələbələri məlumatlandırıb, təşkilatın fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış ediblər.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026