BDU-da “Azərbaycanın müasir ekoloji problemləri” mövzusunda vebinar keçirilib

14/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində  Azərbaycanda Ətraf mühitin mühafizəsi hərakatının banisi akademik Həsən Əliyevin anadan olmasının 114 illiyinə həsr olunmuş “Azərbaycanın müasir ekoloji problemləri” mövzusunda  vebinar keçirilib.

Vebinarda akademik Həsən Əliyevin keçdiyi ömür yolu, ətraf mühitin qorunmasında misilsiz fəaliyyəti haqqında məlumat verilib.

Mövzu ətrafında Coğrafi ekologiya kafedrasının müdiri dosent Akif Ağbabalı, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov, Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov,  Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçayski Həsən Əliyevin Azərbaycanın təbiətinə qayğısı, gənclərə dəstəyi, müasir ekoloqların yetişməsində gördüyü işlər haqqında çıxış ediblər.

Sonra Coğrafi ekologiya kafedrasının gənc müəllimi Aysel Hacıyeva “Azərbaycanın müasir ekoloji problemləri” mövzusunda çıxış edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026