BDU-da Azərbaycanın onlayn Meşə Atlasının təqdimatı

18/05/2023

Bakı Dövlət Universitetində (BDU) “Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi” adlı layihənin təqdimatı baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı (REM Azərbaycan) tərəfindən keçirilən layihənin təqdimatında Coğrafiya, Geologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov müasir dövrdə onlayn atlasların əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialının direktoru Yaşar Kərimov layihənin məqsədləri barədə məlumat verib. O bildirib ki, meşələrin qırılmasının qarşısının alınması, biomüxtəlifliyin bərpası, mühafizəsi, həmçinin meşələrin müşahidəsi və təhlili məqsədi ilə onlayn Meşə Atlasının yaradılması zəruri əhəmiyyət kəsb edir. Digər potensial istifadəçilərlə yanaşı, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə müəllim-tələbə heyəti Meşə Atlasının imkanlarından öz tədqiqatlarında tamamilə ödənişsiz istifadə edə bilərlər.
Sonra onlayn Meşə Atlasının funksional imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026