BDU-da "Azərbaycanın regionda sülhün təmin olunmasında rolu" adlı onlayn tədbir keçirilib

12/03/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Azərbaycanın regionda sülhün təmin olunmasında rolu" adlı onlayn tədbir keçirilib. İlk olaraq THİK sədri Hacıbaba Mustafayev çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun ərazi bütövlüyümüzü bərpa etməklə regionda sülhün əsas təminatçısı olduğunu bildirib. Bölgədə sülhə təhdid olan Ermənistanın işğalçı siyasətinə son qoyulduğunu bildirən THİK sədri Azərbaycan-Türkiyə əməkdaşlığının davamlı sülhə verdiyi töhfədən danışıb. Daha sonra fakültə THİK sədrləri  Səbinə Hüseynli, Mirməhəmməd Hüseynov və digər THİK üzvləri çıxış edərək mövzu ilə bağlı maraqlı faktları bölüşüblər.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026