BDU-da Azərbaycan-Türkiyə qardaşlıq konserti: “Bir millətin nəğməsi”

18/05/2026

Bakı Dövlət Universitetinin (BDU) BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Bir millətin nəğməsi” adlı Azərbaycan-Türkiyə qardaşlıq konserti keçirilib.

Tədbirin açılışında çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, ortaq milli-mənəvi dəyərlərdən və bu birliyin gənclər arasında daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və həmrəylik münasibətləri bu gün də müxtəlif sahələrdə uğurla davam etdirilir.

BDU Türk Tələbə İdarəetmə Şurasının rəhbəri Mert Üstün bu cür tədbirlərin Azərbaycan və Türkiyə gəncləri arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, tələbələr arasında mədəni inteqrasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Konsert proqramında Azərbaycan və Türkiyəyə aid musiqilər səsləndirilib, müxtəlif bədii kompozisiyalar və çıxışlar təqdim olunub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, proqram boyunca iki qardaş ölkənin ortaq mədəni dəyərləri və dostluq ruhu nümayiş etdirilib.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026