BDU-da Bakı King Sejong İnstitutu yaradılıb

27/08/2018

Bakı Dövlət Universitetinin nəzdində Bakı King Sejong İnstitutu yaradılıb. Bununla bağlı Koreya Respublikasının Kinq Sejonq İnstitutunun Fondu qərar qəbul edib.

Kinq Sejonq İnstitutu Koreya hökuməti tərəfindən 2005-ci ildə qurulub və dünyanın 50-dən artıq ölkəsində faliyyət göstərir. Əsas məqsədi koreya dilinin, mədəniyyətinin tədris edilməsi və yayılması, həmçinin müəllimlərin təhsil, informasiya xidməti ilə hərtərəfli inteqrasiya olunmalarına yardım etmək olan King Sejong İnstitutu Cənubi Qafqazda ilk dəfə olaraq Bakıda təsis edilib.

İnstitutun əməkdaşları koreyalı mütəxəssislərdir. Onlar eyni zamanda Şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatının tədrisi prosesinə də cəlb olunacaqlar.

İnstitutda dərslərin sentyabr ayında başlaması nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 27 avqust 2018-ci il

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026