BDU-da Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş

12/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib.

Tədbirdə “Şuşa ili” çərçivəsində yazıçının Qarabağ, xüsusi ilə Şuşa şəhəri ilə bağlı əsərlərinin təqdimatı və fakültədə “Kitab klubu”nun açılışı olub.

Fakültənin dekanı Aydan Xəndan Günel Anarqızı haqqında məlumat verib, yazıçının həyat və yaradıcılığı barədə danışıb.

Şərqşünaslıq fakültəsinin məzunu olan Günel Anarqızı doğma Universitet və fakültədə olmaqdan məmnunluq hissi duyduğunu ifadə edib, təhsil aldığı illər barədə xatirələrini bölüşüb, kitab və oxu mədəniyyəti, rəhbərlik etdiyi Bakı Kitab Mərkəzinin fəaliyyəti, keçirilən tədbirlər və prioritetlər barədə geniş məlumat verib. Günel Anarqızı Qarabağla bağlı olan silsilə “Qarabağ hekayələri”, Vətən müharibəsi dövründə qələmə aldığı ədəbi nümunələr barədə danışıb.

Dekan Aydan Xəndan yazıçının Qarabağ haqqında silsilə əsərlərinin ədəbi çəkisindən, səmimi və təsirli olmasından bəhs edib, fakültədə fəaliyyətə başlayan müstəqil “Kitab klubu”nun fəaliyyətinə belə bir tədbirdə start verilməsini əlamətdar hal hesab etdiyini söyləyib.

Tədbirdə Günel Anarqızının “Sərhədsiz səma” radio-pyesi səsləndirilib. Yazıçı pyesin yazılması ilə bağlı real motivlər, cəmiyyətə göndərilən mesaja diqqət çəkib. Sonra əsərin kompozisiya xətti, ideya istiqamətləri və məzmunu barədə fikir mübadiləsi aparılıb.

Sonda tələbələrin qiraətə sövq edilməsi ilə bağlı tövsiyələr verilib. Günel Anarqızı Universitet və fakültə kitabxanalarına müəllifi olduğu kitabları hədiyyə edib. Yazıçı tələbələri Bakı Kitab Mərkəzinə dəvət edib, oradakı kitablardan və yaradılmış şəraitdən istifadənin onların intellektual inkişafı baxımdan faydalı ola biləcəyini qeyd edib.

Xəbərlər

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə
02/03/2026

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
02/03/2026

ADPU tələbələri BDU-nun Fizika fakültəsi ilə tanış olublar

ADPU tələbələri BDU-nun Fizika fakültəsi ilə tanış olublar
02/03/2026