BDU-da “Bakı Prosesi”nin təqdimatı keçirilib

11/05/2018

Bakı Dövlət Universitetində (BDU) “Bakı Prosesi”nə həsr olunan təqdimat mərasimi keçirilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tədbir barədə məlumat verərək təqdimatın Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq baş tutduğunu vurğulayıb.

Sonra  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı Prosesi” barədə təqdimatla çıxış edib.  V.Eyvazzadə  2008-ci ildə Bakıda keçirilmiş konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi”nin qəbul edildiyini, beləliklə də “Bakı prosesi”nin əsasının qoyulduğunu qeyd edib. O, "Bakı prosesi"nin müxtəlif mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına təkan verdiyini, nəticədə Bakının sivilizasiyalararası dialoqun keçirildiyi bir mərkəzə çevrildiyini, ölkəmizin daha da inkişafına və yaradıcı təfəkkürün genişlənməsinə müsbət təsir etdiyini söyləyib.

Azərbaycanla bağlı videoçarx təqdim edildikdən sonra mövzu ətrafında təkliflər səsləndirilib, müəllimlərin və tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 11 may 2018-ci il

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026