BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

22/07/2026

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi” Qaydalarına əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilən qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir.

Bakı Dövlət Universitetinin (BDU) bakalavr səviyyəsində “Hüquqşünaslıq”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Fizika”, “Jurnalistika”, “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə 2025/2026-cı tədris ilində məzun olan 1000 tələbənin elektron diplomu imzalanıb.

Onu da qeyd edək ki, elektron diplomlar növbəti günlərdə “mygov” rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin (edu.gov.az) rəsmi veb-saytında məzunlar üçün əlçatan olacaq.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026