BDU-da “Bank qanunvericiliyi və banklarda hüquq işinin təşkili” mövzusunda təlim

20/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və “Unibank”ın birgə təşkilatçılığı ilə “Bank qanunvericiliyi və banklarda hüquq işinin təşkili”  mövzusunda təlim keçirilib.  

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov ölkəmizdə tətbiq edilən bank qanunvericiliyi haqqında ətraflı məlumat verib, tələbələrin öz ixtisasları haqqında praktik biliklərə sahib olmasının vacibliyini qeyd edib və bu istiqamətdə təlimlərin davamlı olacağını bildirib.   

Daha sonra “Unibank”ın baş hüquq və komplayens inzibatçısı Əfqan Baxışov mövzu üzrə geniş məruzə edib, bankların qarşılaşdıqları praktik məsələlər barəsində iştirakçıları məlumatlandırıb.   

Təlimçi çıxışında Azərbaycanda bank sektorunun xüsusiyyətlərini təhlil edib, həmçinin banklara dair qanunvericiliyin aktual məsələlərindən danışıb.   

Təlim mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026