BDU-da banklarda audit işinin təşkilinə dair təlim keçirilib

13/05/2022

Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) birgə təşkilatçılığı ilə "Banklarda audit işinin təşkili" mövzusunda tələbələr üçün növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov bank sektorunda sürətli inkişafın mövcud əmək bazarının tələblərinə uyğun olaraq tələbə və məzunların karyera imkanlarını daha da genişləndirdiyini qeyd edib.

Bankın İşə qəbul şöbəsinin müdiri Orxan Əliyev öz karyera həyatında ABB-nin  tutduğu xüsusi yeri qeyd edib və tələbələr üçün banklarda mövcud olan imkanlardan danışıb.

Bankın Daxili audit departamentinin meneceri Nicat Qasımov banklarda audit işinin təşkili prinsiplərini açıqlayıb.

Görüşdə BDU təhsilalanlarının əmək bazarının yeni ixtisaslarına adaptasiyası, yumşaq bacarıqlarının yaxşılaşdırılması məqsədilə bank tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Təlim tələbələr tərəfindən maraqla qarşılanıb. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026