BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib

05/11/2018

Bakı Dövlət Univesitetində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində “Batalyon” sənədli filminin təqdimatı keçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə çıxış edən THİK sədri dosent Daşqın Qənbərov qonaqları salamlayaraq adıçəkilən layihənin önəmindən bəhs edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə kinomuzun 120 illiyi ilə bağlı layihəyə dəstək olan bütün təhsil ocaqlarına təşəkkürünü bildirib.

Filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas 1992-ci ildə yaranan Tərtər batalyonundan bəhs edən film barədə məlumat verib.

“Batalyon” sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 05 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026