BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

21/02/2025

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatı və “BDU könüllüləri”nin nəzdində fəaliyyət göstərən “Şərq Ölkələri Klubu"nun təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Fakültənin dekan müavini Şahin Yusifli, Filologiya fakültəsinin müəllimi Qismət Cəfərov, “BDU könüllüləri” təşkilatının fakültə üzrə sədri Teymur Əsədov çıxışlarında müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dil quruculuğundan bəhs ediblər.

Tədbirdə Azərbaycan dilinin inkişafı ilə bağlı ədəbi nümunələr diqqətə çatdırılmaqla yanaşı, ərəb, fars, türk, urdu, Çin və digər dillərdə çıxışlar edilb, bu dillərin tarixi, inkişafı və əhəmiyyəti vurğulanıb.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026