BDU-da Beynəlxalq Elmi Araşdırma Mərkəzi (BEAM) yaradılmışdır

07/04/2014

Bakı Dövlət Universitetinin Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı əsasında BDU-da virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi (BEAM) yaradılmışdır. Bu Mərkəz Azərbaycandan kənarda yaşayan elm adamlarını bir araya gətirmək, onları Azərbaycana tanıtmaq və eyni zamanda bu elm adamları vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə yaradılıb. Xaricdə yaşayan elm adamları (vətəndaşlığından asılı olmayaraq) bu Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilir. Bununla əlaqədar olaraq BDU-nun saytında (www.bsu.edu.az) yeni bir səhifə (isic.bsu.edu.az) və e-mail ünvanı (isic@bsu.az) açılmışdır. Eyni zamanda bu web səhifədə Azərbaycanın problemləri, sosial-iqtisadi və siyasi həyatı, Azərbaycanın qanayan yarası olan Qarabağ problemi ilə bağlı ilə məlumatlar yer alacaqdır.

Mətbuat və informasiya şöbəsi, 07 aprel 2014-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026